Qəzzada ölənlərin sayı 30 minə çatır
Ötən ilin oktyabr ayının əvvəlindən indiyədək İsrail ordusunun Fələstinin Qəzza zolağında keçirdiyi əməliyyatların qurbanlarının sayı 29,7 min nəfərə yaxınlaşır.
Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
"İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı bu gün 29 min 692 nəfərə çatıb”, - Nazirliyin rəsmi Feysbuk səhifəsində dərc edilən bəyanatda deyilir.
"Təkcə son 24 saat ərzində İsrailin Qəzzanı atəşə tutması və bombalaması nəticəsində 86 fələstinli həlak olub, daha 131 nəfər yaralanıb”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox