• $
  • £

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
26.02.2024 18:17
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmasının ləğvi və qeyri-yaşayış sahəsinə çəkilməsi, qaz xəttinin qaz təchizatına birləşdirilməsi məqsədilə 27.02.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
 
Bu barədə "Azəriqaz” İB məlumat yayıb.

Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin bildirilib ki, "Saatlı” ölçü qovşağından qidalanan qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlıqlara "Təmiz Qaz” QSC tərəfindən texniki baxış keçirilərkən qaz kəməri üzərində quraşdırılmış "Şəhər kollektoru”nun əlaqələndirici hissələrinin qaynaq və yivli birləşmələrində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı 27.02.2024-cü il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Saatlı rayonunun bir hissəsinin (Saatlı şəhərinin böyük hissəsi, Novruzlu qəsəbəsi, Novruzlu, Bəylik, Mustafabəyli, Qıraqlı, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli kəndləri və 66 qeyri-yaşayış sahəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstehlak bazarlarında bəzi mallara qarşı nəzarət qaydaları təsdiqlənib
Cəmiyyət 18:46
İstehlak bazarlarında bəzi mallara qarşı nəzarət qaydaları təsdiqlənib
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Cəmiyyət 18:24
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Həkim Azər Maqsudov amnistiya ilə cəzadan azad edilib
Cəmiyyət 17:15
Həkim Azər Maqsudov amnistiya ilə cəzadan azad edilib
Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Cəmiyyət 16:02
Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Qusarda kəndləri birləşdirən yolu sel aparıb - Video
Cəmiyyət 15:28
Qusarda kəndləri birləşdirən yolu sel aparıb - Video
Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Cəmiyyət 15:12
Qəm qazından zəhərlənən ailənin 2 uşağı nəzarətə götürülüb
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - Video
Cəmiyyət 14:11
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - Video
Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb
Cəmiyyət 13:29
Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb
Dəm qazından zəhərlənən uşaqlar heç vaxt məktəbə getməyiblər
Cəmiyyət 13:05
Dəm qazından zəhərlənən uşaqlar heç vaxt məktəbə getməyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol