• $
  • £

Yanvarda 30 minə yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

Yanvarda 30 minə yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb
28.02.2024 11:32
2024-cü ilin yanvarında daşınmaz əmlak üzərində 29 825 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib. 

Azərbaycanda indiyə qədər 50 mindən çox dövlət əmlakı özəlləşdirilib.

Bu ilin  yanvarında fərdi yaşayış və bağ evi üzərində 4065, mənzil üzərində 6477, torpaq sahəsi üzərində 18 447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7338-i Bakının, qalanı isə bölgələrin payına düşür.
 
2023-cü ildə Azərbaycanda 477 351 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb, bu da 2022-ci illə müqayisədə 25 % çoxdur.
 
Son 18 ildə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 623 726-sı fərdi yaşayış və bağ evi, 1 064 199-u mənzil, 1 783 097-si torpaq sahəsi, 77 784-ü qeyri-yaşayış sahəsi, 67 628-i qeyri-yaşayış obyekti, 12 694-ü əmlak kompleksi, 919-u çoxmərtəbəli yaşayış binası olub.
 
Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə ən yüksək göstərici ardıcıl olaraq 2023, 2022, 2021, 2019 və 2020-ci illərdə qeydə alınıb. 
 
Ötən il daşınmaz əmlaka dair 378 102 ədəd texniki sənəd (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü), 278 129 ədəd məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayış, 119 733 ədəd əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar tərtib olunub, 81 762 ədəd ipotekaya qoyulmuş əmlakın dövlət qeydiyyatı  aparılıb. 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol