• $
  • £

Bu problemlərin həllinə 20 mlrd manat tələb olunur

Bu problemlərin həllinə 20 mlrd manat tələb olunur
28.02.2024 13:17
Hazırda ölkədə içməli su və kanalizasiya ilə bağlı problemlərin həlliüçün 20 milyard manat sərmayənin qoyulmasına ehtiyac var. Bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. 
 
"Hazırkı layihələrin icrası üçün 2,7 milyard manat pul tələb olunur. nin Gəncədə bir layihənin icrası 550 milyon manata başa gəlir. Masallıda Viləş çayın ikinci hissəsinin bərpası üçün 600 milyon manat vəsait xərclənməlidir.  Bakı və Abşeronda olan problemlər üçün isə 10 milyard manat lazımdır. Ümumilikdə isə içməli su və kanalzasiya sisteminin bərpası üçün 20 milyard manat vəsaitin qoyulması lazımdır”, - qurum sədri fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən  dinləmələrdə deputatların suallarına cavab verərkən bildirib.
 
Mikayılov deputatlardan onlara dəstək olmasını dilə gətirərək hazırda bu problemin həllinin mümkün olmadığını söyləyib.
 
"Burada fərqli-fərqli bölgələrin problemləri söylənildi. Amma bu problemlərə rayonlar üzrə deyil  ölkə üzrə baxmalıyıq. Sizdən dəstək istəyirəm. Əgər mən desəm ki, bir-iki aya hansısa bölgədə bu problem həll olunacaq bu doğru olmaz. Qarşıda COP29 beynəlxalq tədbirimiz var. Onun üçün ağlınıza gəlməyəcək qədər vəsait xərclənəcək. Bu istiqamətdə işlər görülsə də problemlərin belə qısa müddətdə həlli mümkün deyil”, - sədr vurğulayıb.
 
Zaur Mikayılov həmçinin içməli su probleminin həllinə özəl sektorun cəlb olunmasını vacibsaydığını deyib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol