Ermənistan KTMT-dəki fəaliyyətini de-yure də dayandıra bilər - Paşinyan
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki fəaliyyətini de-yure də dayandıra bilər.Bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, İrəvanın qurum daxilindəki fəaliyyətinin faktiki olaraq dondurulduğunu diqqətə çatdırıb: "Əgər məsələlər həllini tapmasa, de-yure olaraq da bunu edəcəyik”.
Hökumət başçısının sözlərinə görə, KTMT ilə münasibətlərin dondurulması həm də Ermənistanın qurum daxilindəki nümayəndəsinin olmaması deməkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox