Vətəndaşların icbari sığorta ilə bağlı maarifləndirməsinə ehtiyac var - Komitə sədri
Vətəndaşların 50%-ə yaxını icbari tibbi sığorta haqqında bilgilərə malik deyil. Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyib.
"Keçirdiyimiz 400 nəfərlik tədbirdə 11 nəfər icbari tibbi sığorta bilgilərinə malik olduğunu açıqladı. Əksər şəxslər isə bildirdi ki, işləmirsə bu xidmətdən faydalana bilməz. Dövlətin pul ayırdığı bu sahədən insanların biligləri yetərli deyil. Maarifləndirmə işlərinə ehtiyac var. Sosial Tədqiqatlar Mərkəzinin bununla bağlı sorğusunda da 50% yaxın şəxs bu hüquqlardan faydalanmadığığını açıqlayıb", - komitə sədri fevralın 29-da Milli Məclisin İnsan Hüquqları Komitəsində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı bildirib.
2024-cü il dövlət büdcəsindən icbari tibbi sığorta üçün 2,5 milyard manat ayrılıb.
2023-cü il Azərbaycanda əhalinin 52%-i icbari tibbi sığortadan yararlanıb. İcbari Tibbi Sığorta Agentliyi 2016-ci il Prezidentin fərmanı ilə yaradılıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox