• $
  • £

Baş Prokurorluq Yevlaxda əməliyyat keçirib, sabiq rəis həbs olunub

Baş Prokurorluq Yevlaxda əməliyyat keçirib, sabiq rəis həbs olunub
29.02.2024 13:47
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib, Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyev həbs olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, istintaq zamanı Elşən Quliyev qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərə ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində 4 min manat pul vəsaitini rüşvət almaqda, həmçinin təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumlarının ölkədən çıxışına qoyduğu qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə şübhəli bilinib.

Quliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə, barəsində istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol