• $
  • £

Danimarka Ukraynaya vəsait ayırıb

Danimarka Ukraynaya vəsait ayırıb
29.02.2024 14:49
Ukraynanın yenidən qurulması və bərpası üçün Danimarka əlavə 10 milyon kron (1,46 milyon dollar) məbləğində vəsait ayırır.  Bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, Danimarka-Ukrayna bələdiyyə əməkdaşlığını gücləndirmək üçün bu addım atılır.
 
Bundan əvvəl Danimarka hökuməti Ukraynaya təxminən 250 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edib. Bu barədə Danimarka Baş naziri Mette Frederiksen məlumat verib.

"Ukrayna qarşıdakı on il ərzində Danimarkanın dəstəyinə arxalana bilər. Eyni şey bir sıra digər ölkələrə də aiddir. Azadlığın öz qiyməti var”, - baş nazir vurğulayıb.

Öz növbəsində Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, yeni yardım paketinin dəyəri 1,7 milyard Danimarka kronu (təxminən 247 milyon dollar) təşkil edir.

O qeyd edib ki, təşəbbüs digər müttəfiqlərlə, o cümlədən Niderland və Çexiya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Nazir onu da əlavə edib ki, hərbi dəstək üçün ilkin maliyyə 2028-ci ilə qədər ayrılıb.

Bundan əlavə, Poulsen nəzərə çatdırıb ki, F-16 qırıcılarının ilk Danimarka partiyası bu yay Ukraynaya çatdırılacaq. Bununla belə, nazir dəqiq tarix bildirməyib.

Ötən ilin yazında Danimarka hökuməti bələdiyyələr arasında əməkdaşlığın maliyyələşdirilməsi üçün xüsusi fondun köməyi ilə Ukraynanın yenidən qurulmasına dəstək vermək qərarına gəlib. 
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol