• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycanla İraq ilk konsulluq məsləhətləşmələri keçirib

Azərbaycanla İraq ilk konsulluq məsləhətləşmələri keçirib
02.03.2024 10:49
Azərbaycan və İraq xarici işlər nazirlikləri arasında martın 1-də ilk konsulluq məsləhətləşmələri keçirilib.Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, İraq nümayəndə heyətinə isə İraq XİN-in Konsulluq idarəsinin rəisi Ahmed Ali Ameen Al-Sadi rəhbərlik edib.

Məlumata əsasən, konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İraq ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, məhkum olunmuş şəxslərə zəruri konsulluq yardımının göstərilməsi sahəsində səylərin gücləndirilməsi, o cümlədən məhkum olunmuş şəxslərin verilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi mövzularında müzakirələr aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin iki ölkə arasında miqrasiya, ədliyyə və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bağdad şəhərində keçirilməsinə dair razılıq əldə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol