• $
  • £

Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verən ölkədir - Pərviz Şahbazov

Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verən ölkədir - Pərviz Şahbazov
02.03.2024 19:30
Energetika naziri Pərviz Şahbazov Əlcəzairdə keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VII Zirvə Toplantısında Azərbaycanı təmsil edib.Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Nazir çıxışında hazırda qlobal qaz bazarında tələbatın əhəmiyyətli dərəcədə artımı ilə müşayiət olunan yeni dövrə qədəm qoyduğunu, təbii qazın və təchizatı şaxələndirən infrastrukturların "təmiz enerji”yə əlçatan, təhlükəsiz və ədalətli keçidin, bərpa olunan enerjiyə əsaslanan enerji sistemlərində sabitliyin həlledici vasitəsi olduğunu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə təbii qazı və Cənub Qaz Dəhlizi ilə əhəmiyyətli töhfə verən ölkədir.

Bu dəhliz enerji böhranı zamanı tərəfdaşlarının enerji təchizatını diversifikasiya edərək təbii qazın etibarlı mənbədən fasiləsiz tədarükünə zəmanət verən strateji layihə kimi özünü təsdiqləyib:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Eyni zamanda, "yaşıl enerji” növlərinin yaradılması və "yaşıl enerji”nin dünya bazarlarına nəqli enerji siyasətimizin prioritetidir. Strateji hədəfli bu fikirlər, təbii qaz və "yaşıl enerji”yə bərabərhüquqlu yanaşma enerji ölkəsi Azərbaycanın yeni mərhələdə inkişaf manifestidir. Hesab edirik ki, belə bir strategiya nəinki milli səviyyədə, ümumən dünyada da təhlükəsiz və dayanıqlı enerji gələcəyi üçün münasib həllərdəndir”.

Sammitin yekununda Əlcəzair Bəyannaməsi qəbul olunub.

Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol