İranda 5,6 bal gücündə zəlzələ baş verib

İranın Sistan və Bəlucistan əyalətində zəlzələ baş verib. Bu barədə "Mehr” agentliyi xəbər verib.
Hadisə əyalətin Fanuc rayonunda olub.
İlkin məlumata görə, zəlzələ səhər saatlarında 5,6 maqnitudalı qeydə alınıb və 80 km dərinlikdə yerləşib.
Dağıntı, itki barədə məlumat verilməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər