• $
  • £

Ötən il 4.5 mlrd. manat vergi borcu ləğv edilib

Ötən il 4.5 mlrd. manat vergi borcu ləğv edilib
05.03.2024 18:24
Azərbaycanda 2023-cü il 1 yanvar tarixinə 923 min vergi ödəyicisinin dövlət büdcəsinə ümumilikdə 2 milyard 356,7 milyon manat vergi borcu olub.Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
 
Hesabatda deyilir ki, 2023-cü il ərzində 215,2 min vergi ödəyicisinin 4936,6 mln. manat məbləğində vergi borcu yaranıb, 210,9 min vergi ödəyicisinin 4 milyard 511,2 milyon manat məbləğində vergi borcu ləğv edilib. Ləğv edilmiş borc məbləğindən 674 milyon. manatı və ya 28,6%-i məhz 2023-cü il 1 yanvar tarixinə mövcud olmuş borcların payına düşüb.
 
2023-cü il ərzində artmış borc məbləğinin 288,6 milyon manatı (28,4%-i) səyyar vergi yoxlamaları nəticəsində, 504,4 milyon manatı və ya 49,6%-i kameral vergi yoxlamaları nəticəsində, 83,6 milyon manatı və ya 8.2%-i isə bəyannaməyə əsasən yaranıb.
 
Nəticədə 2024-cü il 1 yanvar tarixinə 96,7 min vergi ödəyicisinin dövlət büdcəsinə 2 milyard 782.1 mln. manat (o cümlədən əsas vergilər üzrə 1 milyard 809,9 milyon manat, faizlər üzrə 696.5 milyon manat və maliyyə sanksiyası üzrə 275,7 milyon manat) məbləğində borcu olub.
 
Ümumilikdə, 2023-cü il ərzində borclu vergi ödəyicilərindən daxilolma 3 milyard 923, 4 milyon manat olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol