• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Əli Əsədov rusiyalı həmkarı ilə görüşüb

Əli Əsədov rusiyalı həmkarı ilə görüşüb
05.03.2024 20:11
Martın 5-də Bakıda Azərbaycanın Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Hökumət başçıları əvvəlcə təkbətək formatında görüşüblər, sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə görüş olub.

Görüş əsnasında tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər.

Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmaları və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyəti vurğulanıb, tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.

Hökumət başçıları investisiya qarşılıqlı fəaliyyətinin artdığını qeyd ediblər, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər.

Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.

Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yük daşımalarının həcmi 11 faizdən çox artıb.

Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini qeyd ediblər, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub.

Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriliblər.

Tərəflər, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir.

Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər.

Görüşün yekunlarına dair turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Prezident Yoxan Eliaşı qəbul edib
Siyasət 12:18
Prezident Yoxan Eliaşı qəbul edib
Prezidentdən həmkarlarına təbrik məktubu - Yenilənib
Siyasət 12:10
Prezidentdən həmkarlarına təbrik məktubu - Yenilənib
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
Siyasət 21:48
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
Siyasət 17:45
İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
Prezident onu təltif edib - Sərəncam
Siyasət 16:20
Prezident onu təltif edib - Sərəncam
Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq
Siyasət 13:14
Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq
Prezident Hulisi Akarı qəbul edib
Siyasət 10:45
Prezident Hulisi Akarı qəbul edib
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Siyasət 19:20
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol