• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Səhiyyə Nazirliyinin üzərinə yeni öhdəlik qoyulub

Səhiyyə Nazirliyinin üzərinə yeni öhdəlik qoyulub
06.03.2024 18:00
Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 3 iyun 2015-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.


Qərara əsasən, bundan sonra Səhiyyə Nazirliyi dərman vasitələrinin dövlət reyestrinin məlumatlarındakı dəyişiklikləri (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, istehsalçının dəyişməsi, istehsal ölkəsinin dəyişməsi, yeni qablaşdırma miqdarı) ayda bir dəfə elektron formada Tarif (Qiymət) Şurasının Katibliyinə təqdim edəcək.


Bu Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.


Bundan başqa, Səhiyyə Nazirliyinin dövlət qeydiyyatına alaraq Dərman vasitələrinin dövlət reyestrinə daxil etdiyi dərman vasitələrinin (yalnız ixrac üçün ölkədə istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini Tarif (Qiymət) Şurası tənzimləyəcək.


Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 ay müddətində ərizəçilər onun qiymətinin tənzimlənməsi üçün Şuraya müraciət edir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulunu və araşdırılmasını Katiblik həyata keçirir.


Dərman vasitələri dövlət reyestrinin Şuranın informasiya sistemi ilə inteqrasiyası ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 ay müddətində ərizəçi onun qiymət tənzimlənməsi üçün müraciət etmədiyi halda, Şura istinad ölkələri, habelə açıq informasiya mənbələri olan ölkələr üzrə məlumatlar əsasında araşdırma aparmaqla, bazis qiymət müəyyən edərək qiymət tənzimlənməsi həyata keçirir.


Bəzi dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Şura İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəylərini alır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol