Nikki Heyli ABŞ prezidentliyi uğrunda mübarizədən geri çəkilib

ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli respublikaçı kimi ABŞ prezidentliyinə namizəd olmaqdan imtina etdiyini açıqlayıb.Bu barədə xarici KİV xəbər verir.
O, kampaniyasının dayandırılmasının vaxtının çatdığını deyib.
"Mən heç nəyə peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmaqdan əl çəkməyəcəyəm”, - deyə siyasətçi bildirib.
Donald Tramp Respublikaçılar Partiyasından prezident seçkilərində əsas namizəd olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər