Aİ-nin müşahidə missiyası iki ölkə arasında sabitliyin qorunmasında mühüm rol oynayıb - Mirzoyan

Ermənistan Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqının missiyasının müşahidəçilərinin sayının arıtrılmasını qərarını dəstəkləyib. Bu barədə ölkənin xarici işlər Naziri Ararat Mirzoyan deyib.
"Biz gələcək sabitlik mexanizmləri üzərində işləyirik, lakin Ermənistanda Aİ-nin mülki missiyası var ki, o, Ermənistan və Azərbaycan arasında dövlətlərarası sərhədə nəzarət edir. Bu missiya yerləşdirildiyi vaxtdan bütün regionda sabitliyin qorunmasında mühüm və mühüm rol oynayıb. Biz Aİ-nin mandatını və missiya müşahidəçilərinin sayını genişləndirmək qərarını alqışlayırıq”, - Mirzoyan bu gün keçirdiyi mətbuat konfrasında bildirib.
Bundan əvvəl Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını 138-dən 209 çatdırdığını təsdiqləyib.
2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər