• $
  • £

Əli Əsədov Dünya Bankının vitse-prezidenti ilə görüşüb

Əli Əsədov Dünya Bankının vitse-prezidenti ilə görüşüb
07.03.2024 19:18
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 7-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
 
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib. Ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.

Baş nazir Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Eyni zamanda, Azərbaycanın yaşıl enerjiyə keçid strategiyası, həyata keçirilən enerji səmərəliliyi və bərpaolunan enerji layihələri, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfəsi haqqında söhbət açılıb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında bir çox istiqamətlərdə tərəfdaşlığın perspektivləri, əməkdaşlıq gündəliyində duran prioritet layihələrin icrası, Dünya Bankının yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Əli Əsədovla Cevdet Yılmaz İranın dron hücumlarını müzakirə edib
Siyasət 13:33
Əli Əsədovla Cevdet Yılmaz İranın dron hücumlarını müzakirə edib
İran Azərbaycana məsələni araşdırmağa söz verib - Nazir
Siyasət 13:25
İran Azərbaycana məsələni araşdırmağa söz verib - Nazir
Azərbaycan Prezidenti Qananın Müstəqillik Günü münasibətilə təbrik ünvanladı
Siyasət 12:12
Azərbaycan Prezidenti Qananın Müstəqillik Günü münasibətilə təbrik ünvanladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol