• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Bu gün Ukraynada yeni baş nazir və Ali Rada sədrinin seçilməsi gözlənilir

Bu gün Ukraynada yeni baş nazir və Ali Rada sədrinin seçilməsi gözlənilir
23.02.2014 14:30

Ukraynada “Avromaydan”da aksiyalar davam edir.

APA-nın Ukraynanın “Espreso TV” internet televiziyasına istinadən verdiyi xəbərə görə, ölkədə hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, hələ də insanlar meydanı tərk etməyiblər.

Bu gün səhərdən isə Ukrayna Ali Radasının iclası başlayıb. İclası Radanın vitse-spikeri Ruslan Koşulinski açıq elan edib. Bu gün Ali Radanın sədrinin seçiləcəyi və baş nazirin də təsdiqlənəcəyi gözlənilir.

Ukraynanın rəsmi dövlət agentliyi UNİAN-ın məlumatına görə, deputatlar Oleq Lyaşko və Pavel Petrenko hər hansı cinayət törətməkdə şübhəli bilinən dövlət məmurlarının ölkə sərhədlərini tərk etməsini qadağan edən layihəni Ali Radaya təqdim ediblər. Layihəyə görə, bu sanksiyanın Ukrayna mərkəzi icra hakimiyyəti orqanlarında təmsil olunmuş səlahiyyətli şəxslərə tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin layihədə göstərilib ki, Dövlət Sərhəd Xidməti belə bir cəhd aşkarladığı zaman Ukrayna Ali Radası və hüquq-mühafizə orqanlarını məlumatlandlrmağa borcludur.

Bu arada Ukraynada baş vermuş hadisələr zamanı ümumilikdə 82 nəfərin öldüyü, 645 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığı bəlli olub. Ukrayna Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə, xəsarət alanlardan 33 nəfərin vəziyyəti xüsusilə ağır olub.

Rəsmi dövlət agentliyi həmçinin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin iqamətgahının boşaldılmasını əks etdirən kadrları da yayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin 116 əməkdaşı isə xarici işlər naziri Leonid Kojaranın ölkıni xaricdə təmsil etməyə mənəvi haqqının olmaması barədə məlumat yayıb. Nazirliyin “facebook” səhifəsində yayılan müraciətdə Ukrayna Ali Radas bu məsələyə baxmağa çağırılır.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Pezeşkian xalqa müraciət edib
Dünya 17:32
Pezeşkian xalqa müraciət edib
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol