ABŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı qətnamə hazırlayır

ABŞ Rusiyanın peyk əleyhinə silahlar hazırlaması ilə bağlı iddialarla əlaqədar olaraq, kosmosda nüvə silahlarının yerləşdirilməsinə qarşı qətnamə hazırlayır.
Bu barədə "Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd BMT Təhlükəsizlik Şurasına mart ayında təqdim oluna bilər.
Bildirilir ki, layihə ilkin inkişaf mərhələsindədir və çox güman ki, ölkələrin 1967-ci il "Kosmos Müqaviləsi" üzrə öhdəliklərini bir daha təsdiqləmək məqsədi daşıyır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 