• $
  • £

Maldiv Türkiyədən alınan dronları idarə etmək üçün baza yaradır

Maldiv Türkiyədən alınan dronları idarə etmək üçün baza yaradır
10.03.2024 17:10
Maldiv Respublikası okean ərazilərini izləmək üçün Türkiyədən gətirilən hərbi pilotsuz təyyarələri idarə etmək üçün Maafaru adasında PUA bazası yaratmağa başlayıb.
 
Bu barədə "The Edition" portalı xəbər verir.
 
Baza beynəlxalq hava limanının yerləşdiyi Maafarunun şimalında yaradılır. Həmçinin bildirilir ki, Maldivin bir qrup hərbi qulluqçusu hazırda Türkiyədə PUA-lardan istifadə üzrə təlim keçir. Rəsmilər hələ bu layihə ilə bağlı heç bir məlumat verməyiblər.
 
Ölkə Prezidenti Məhəmməd Muizzu daha əvvəl bildirib ki, ölkə müstəqil şəkildə Maldiv adalarının dənizdəki ərazisinə sutka ərzində nəzarət etmək imkanını təmin edəcək. Onun sözlərinə görə, bu aydan etibarən ölkənin dəniz zonası üçün 24 saatlıq müşahidə sistemi təşkil olunacaq və işə salınacaq. "Bu, bizə imkan verəcək ki, ölkəmizi idarə edə bildiyimizi hiss edək. Bu, özümüzü müstəqil hiss etməyə imkan verəcək", - Prezident qeyd edib.
 
Yanvar ayında "The Maldives Journal”, Maldiv hökumətinin ada dövləti ilə 37 milyon dollara müasir kəşfiyyat pilotsuz uçuş aparatları alması üçün Türkiyə ilə müqavilə imzaladığını yazıb. Güman edilir ki, Türkiyənin pilotsuz təyyarələri Hindistan Hərbi Hava Qüvvələrinin Maldiv adalarında yerləşdirilən və Maldiv hakimiyyətinin tərk etmək qərarına gəldiyi təyyarə və helikopterləri əvəz edəcək. Əvvəllər şübhəli gəmiləri aşkar etmək, silah və narkotik ticarəti əməliyyatlarını izləmək üçün kəşfiyyat uçuşları Hindistanın "Dornier” təyyarəsi ilə həyata keçirilirdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dünya 19:30
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dubayda partlayış olub
Dünya 18:19
Dubayda partlayış olub
Polşa hava məkanını üç ay müddətinə bağlayır
Dünya 17:50
Polşa hava məkanını üç ay müddətinə bağlayır


Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
Dünya 17:20
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb


Saatlıda qonşularını qətlə yetirən ata və oğulun cəzası artırılıb
Dünya 16:30
Saatlıda qonşularını qətlə yetirən ata və oğulun cəzası artırılıb

Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ölkədən qovulacaq
Dünya 16:19
Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ölkədən qovulacaq
“Azeri Light” nefti 6,8% bahalaşaraq 87,9 dollara yüksəlib
Dünya 09:40
“Azeri Light” nefti 6,8% bahalaşaraq 87,9 dollara yüksəlib
Tramp: ABŞ İranda yaxşı liderlik görmək istəyir
Dünya 09:17
Tramp: ABŞ İranda yaxşı liderlik görmək istəyir
İsrail Tehranda hökumət obyektlərinə zərbələr endirir
Dünya 21:04
İsrail Tehranda hökumət obyektlərinə zərbələr endirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol