• $
  • £

"Bakı Fond Birjası"nın dövriyyəsi 2.4 dəfə artıb

11.03.2024 16:46
2024-cü ilin yanvar-fevralında Bakı Fond Birjası qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5 milyard 303 milyon 733 min 478 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 140% və 2,4 dəfə çoxdur. Bu barədə Bakı Fond Birjası məlumat yayıb.
 
Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 297%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 84 % böyümə, repo əməliyyatları üzrə 186 % artım, o cümlədən, korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 13 dəfə artım qeydə alınıb.

2024-cü ilin fevralın son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 768 milyn 811 min 684 manat təşkil edib.

Cari ilin yanvarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 milyard 269,04 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54,1% çoxdur. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 1,5 % azalaraq 929 olub.

2022-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) səhm və istiqrazlarla bağlı 45 yerləşdirmə olub.

Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası olan "Bakı Fond Birjası" Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır.
 
BFB 1997-ci ildə təsis edilib və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılmasıdır. 

Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edən  "Bakı Fond Birjası" QSC-nin yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
 
Aygün Mirakif






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol