Paşinyan Ermənistanın KTMT-dən çıxma şərtlərini açıqlayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanda ona məxsus məsuliyyət sahəsi ilə bağlı suala cavab verilməsə Ermənistan bu qurumdan çıxacaq. Bunu Ermənistan baş nazirii Nikol Paşinyan bildirib.
" KTMT-dən olan həmkarlarımızın fikrincə, Ermənistanın suveren ərazisi haradadır və onun Ermənistanda məsuliyyət zonası haradır? Bu gün bu sual masada qalmaqda davam edir. Əgər KTMT bu suala cavab versə bu bizim ideyalarımıza uyğundur. Bu o deməkdir ki, Ermənistanla KTMT arasında bütün məsələlər bundan sonrakı nəticələr əsqsında həll olunacaq”, - Paşinyan çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, "əgər belə olmasa, Ermənistan KTMT-dən çıxacaq”.
Amma bunun nə vaxt baş verəcəyi barədə suala baş nazir "nə vaxt deyə bilmərəm" cavabını verib.
Paşinyan bildirib ki, respublikanın təşkilatda iştirakının dondurulması ilə bağlı siyasi qərar ilə Ermənistanın mövqeyini qarışdırmaq olmaz.
"Bəli, biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq. Daimi nümayəndəmiz yoxdur, görüşlərdə iştirak etmirik. (...) Biz hörmətli həmkarlarımızdan KTMT-dən suala cavab vermələrini xahiş edirik, gözləyirik, tələb edirik. - Ermənistanda onun məsuliyyət zonası haradadır”, - baş nazir bildirib.
O, Ermənistanın KTMT-yə problem yaratmadığını bildirib.
"Bütün problemlər o vaxtdan yaranıb ki, biz KTMT-nin Ermənistanda məsuliyyət zonası məsələsini qaldırdıq və cavab almadıq”. O qeyd edib ki, KTMT-dən müşahidəçilərin göndərilməsi ilə bağlı təklif daxil olanda sual da yaranıb. "Sülhməramlılar və müşahidəçilər neytral tərəfin nümayəndələridir, KTMT isə bizim Təşkilatımızdır. Deməli, suallar qalır", - Paşinyan bildirib.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 