• $
  • £

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - YENİLƏNİB

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - YENİLƏNİB
12.03.2024 18:55

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.

Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

Bildirilib ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.
Prezident İlham Əliyevə və Prezident Kasım-Jomart Tokayevə Şuşanın Baş planı barədə məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirdi ki, şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.

Natəvan bulağı ilə tanışlıq zamanı qeyd olunub ki, Şuşa işğaldan azad edildikdən qısa müddət sonra istifadəyə verilən "Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti "Xan qızı” bulağı adı ilə məşhur idi. İşğal dövründə suyu quruyan bulaq yenidən sakinlərin və şəhərin qonaqlarının istifadəsindədir.

Prezidentlər daha sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçılarına Mərkəz və sərgi barədə məlumat verib.

Bildirilib ki, Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra ötən il mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır.
 
"Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.

Məlumat verilib ki, 1969-cu ildən etibarən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başlayıb. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə Ağdam–Xankəndi dəmir yolu açılıb. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndər Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.
 
Sonra prezidentlər Saatlı məscidində olublar. Məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəllər Molla Pənah Vaqifin dərs dediyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb və ötən ilin may ayında məscidin açılışı olub.

Dövlət başçıları daha sonra Bülbülün ev-muzeyində olublar.
Muzey barədə məlumat verən Polad Bülbüloğlu bildirib ki, Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.

Azərbaycan və Qazaxıstan prezidentləri Cıdır düzündə də olublar.
Ali qonağa məlumat verilib ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.
Sonra dövlət başçıları XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət "Yasəmən” otelində olublar.

Şuşa şəhərinin Köçərli küçəsində yerləşən və işğal zamanı dağıdılan həmin binalar Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək otel kimi istifadəyə verilib. Autentik üslubda bərpa edilən "Yasəmən” otelinin eksteryeri və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Otel "double”, "twin” və "junior” otaqların olduğu iki korpusdan, restoran və bir neçə terrasdan ibarətdir. Qonaqlar otelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzərəsini seyr edə bilərlər. Terrasdan Mehmandarovların malikanə kompleksinə və ümumi şəhərə gözəl mənzərə açılır. Otelin interyeri, otaqları xüsusi dizayn edilib. Buradakı hər bir element, əşya məhz bu dizayna uyğun seçilib. Bu da qonaqlarda nostalji hisslər yaradır.

Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq ali qonaqda dərin təəssürat doğurub.

 15:08

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.

Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib.

Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.

Daha sonra prezidentlər Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət "Yasəmən” otelində olublar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Cəmiyyət 21:41
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Ramazanın on yeddinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:28
Ramazanın on yeddinci gününün duası- İmsak və iftar vaxtı
Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 20:14
Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq
Gəncədə “Chevrolet” yük maşını ilə toqquşub, xəsarət alan var
Cəmiyyət 19:26
Gəncədə “Chevrolet” yük maşını ilə toqquşub, xəsarət alan var
Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub
Cəmiyyət 19:00
Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin cədvəli
Cəmiyyət 18:41
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin cədvəli
İrana və Azərbaycana qayıdan yük avtomobillərinin sərhəddən buraxılışına başlanılıb
Cəmiyyət 18:15
İrana və Azərbaycana qayıdan yük avtomobillərinin sərhəddən buraxılışına başlanılıb
Prezident Azərbaycan qadınlarını təbrik edib
Cəmiyyət 18:06
Prezident Azərbaycan qadınlarını təbrik edib
Naxçıvanla İğdır sərnişin daşımada indiyədək 450 nəfər daşınıb
Cəmiyyət 17:45
Naxçıvanla İğdır sərnişin daşımada indiyədək 450 nəfər daşınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol