Ermənistan Aİ-nin müşahidə missiyasını vaxtını uzada bilər

Ermənistan Azərbaycanla sərhəddə mülki müşahidə missiyasının daha 2 il uzadılmasını Avropa İttifaqı ilə müzakirə edə bilər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Aİ ilə münasibətlərimiz çox aktivdir. Biz yox, Aİ bildirir ki, Ermənistanla əlaqələr heç vaxt bu qədər dərin və güclü olmayıb. Ümid edirəm ki, yaxın gələcəkdə bunu bir dəfə təsdiq edəcək qərarlar veriləcək. Məsələn, təhlükəsizlik sektorunda biz Aİ ilə Azərbaycanla sərhəddə mülki müşahidə missiyasının daha iki il uzadılmasını müzakirə etməyə hazırıq”, - Paşinyan mətbuat konfransı zamanı bildirib.
Bundan əvvəl Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını 138-dən 209 çatdırdığını təsdiqləyib.
2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər