• $
  • £

Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi deyilir

Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi deyilir
12.03.2024 16:42
Həbsdə olan iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi deyilir. Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli öz facebook  hesabında bildirib. 
 
"Bu gün Nazimlə telefonla danışdım, səhhətinin get gedə pisləşdiyini bildirdi. "Bir həftədən çoxdur qan təzyiqim 150.90-dan aşağı düşmür, ürək döyüntüm yüksəkdir, şiddətli nəfəs darlığım var. İki həftədən çoxdur açıq havada gəzintiyə icazə verilmir, starşina Əliyev İsmət və rejim rəisi Tural Mustafazadəyə dəfələrlə müraciət etsəm də bir xeyri olmadı. Dedikləri cavab xidmət rəisi icazə verəndə çıxarsan. Səhhətimdə olan problemlər yenilik deyil, noyabrın 30-u axrıncı dəfə müstəntiqlə görüşəndə bunları ona demişdim. Ailəmin xəbəri yoxdur, ancaq səhhətim yaxşı deyil. Müstəntiq özü də halımın yaxşı olmadığını gördü. Buna baxmayaraq yanvarın 31-i həbs müddətinin daha 2 ay uzadılmasına nail oldu", - o bildirib. 
 
Fevralda Nazim Bəydəmirli barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentdən  xahiş edib. 
 
Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha 3 ay artırılıb. 
 
Nazim Bəydəmirli və müdafiəçiləri həbsi Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Siyasət 22:30
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:37
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
Siyasət 14:30
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Siyasət 14:06
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Siyasət 09:25
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib
Siyasət 19:45
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol