• $
  • €
  • ₽
  • ₺
  • £

İran səfiri Britaniya XİN-ə çağırılıb

İran səfiri Britaniya XİN-ə çağırılıb
28.04.2026 21:12

İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə “Sky News” məlumat verir.

Görüşdə İranın regiondakı fəaliyyəti və informasiya məkanındakı addımları müzakirə olunub.

Böyük Britaniyanın Yaxın Şərq işləri üzrə naziri Hamiş Falkoner səfirlə görüşdə İran diplomatik nümayəndəliyi ilə bağlı son bəyanat və hərəkətlərin qəbuledilməz olduğunu bildirib.

Britaniya tərəfi İranı həm ölkə daxilində, həm də xaricdə zorakılığı təşviq edə biləcək hər hansı kommunikasiya formasından çəkinməyə çağırıb.

Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, London Fars körfəzi regionundakı vəziyyət və digər regional təhlükəsizlik məsələləri ilə əlaqədar İranın fəaliyyətindən narahatlığını bildirməyə davam edəcək.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol