İsveçrə səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya Xarici İşlər Nazirliyi İsveçrənin səfiri Kristina Marti Lanqı çağırıb və İsveçrə parlamentinin Rusiya aktivlərinin müsadirə mexanizmi ilə bağlı qərarına görə ona etiraz edib.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
İsveçrə parlamenti ölkədə yerləşən Rusiya aktivlərinin müsadirə edilməsi mexanizminin hüquqi əsaslarının işlənib hazırlanmasına başlamaq qərarına gəlib.
"Rusiya tərəfi İsveçrə hakimiyyətinin dövlət toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozan bu addımını qətiyyətlə pisləyir”, - Rusiya XİN-in məlumatında qeyd olunub.
Rusiya əmlakına hər hansı müdaxilə dövlət səviyyəsində oğurluq hesab olunacaq. Bu təşəbbüs reallaşarsa, cavab tədbirləri Moskvadan gələcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər