• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Viktor Yanukoviç Kiyevi tərk etdi

Viktor Yanukoviç Kiyevi tərk etdi
22.02.2014 13:00

Əvvəlcə onun Xarkova uçduğu bildirilib, daha sonra isə prezident təyyarəsinin Birləşmiş Ərəb Əmirliklərinə endiyi barədə məlumat yayılıb

Ukrayna prezidenti Viktor Yanukoviç fevralın 21-də yerli vaxtla saat 22.40-da paytaxt Kiyevi tərk edib. APA-nın xəbərinə görə, V. Yanukoviç özünün ən sadiq mühafizəçiləri, eləcə də parlamentin sədri Vladimir Rıbak və prezident administrasiyasının rəhbəri Andrey Klyuyev ilə birlikdə prezident təyyarəsində naməlum istiqamətə uçub.

 

Ukrayna informasiya agentlikləri əvvəlcə dövlət başçısının Xarkova uçduğu haqda məlumat yayıblar. Onun ölkənin cənub-şərq vilayətlərinin bütün səviyyələrdən olan deputatlarının fevralın 22-də Xarkovda keçiriləcək qurultayında iştirak edəcəyi bildirilib. ABŞ Dövlət Departamentindəki mənbə də V. Yanukoviçin Xarkova getdiyini söyləyib. Amerikalılara bu məlumatı xarici işlər naziri Leonid Kojara verib. Lakin Xarkov hava limanının rəsmi nümayəndəsi prezident təyyarəsinin bu şəhərə enmədiyini deyib.

 

“RBK Ukraina” agentliyi isə prezident təyyarəsinin fevralın 22-də saat 04.30-da Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra beynəlxalq hava limanına endiyi barədə xəbər yayıb. V. Yanukoviçin təyyarədə olub-olmadığı haqda hər hansı informasiya verilmir. 

  

Qeyd edək ki, V. Yanukoviç Ali Radanın fevralın 21-də qəbul etdiyi çox vacib qanunları hələlik imzalamayıb. 

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Pezeşkian xalqa müraciət edib
Dünya 17:32
Pezeşkian xalqa müraciət edib
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol