• $
  • £

Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb

Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
13.03.2024 13:35
2024-cü ilin yanvar-fevralında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8 milyard 555 milyon manatlıq, o cümlədən 4 milyard 726,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3 milyard 828,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb, bu da ötən illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıbBu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ini təşkil edib. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə Cari ilin yanvar-fevralında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,6 %, fərdi sahibkarlar üzrə 3,8 %, bazar və yarmarkalarda 2,7 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420 manatlıq, o cümlədən 232 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188 manatlıq qeyri-ərzaq malları alıb.
 
Azərbaycanda inflyasiya 2024-cü ilin yanvarında 0,5%, 2023-cü ilin dekabrında isə 0,5% təşkil edib. 
 
2024-cü ilin yanvarında inflyasiya 2023-cü ilin yanvarı ilə müqayisədə 1,7% təşkil edib. Bununla yanaşı, 2024-cü ilin yanvarında 2023-cü ilin yanvarına nisbətən ərzaq məhsulları 0,7 faiz, qeyri-ərzaq məhsulları 1,7 faiz, xidmətlər 3,2 faiz bahalaşıb.

2023-cü ildə Azərbaycanda inflyasiya (12 aylıq) 2,1% təşkil edib.
 
Aytac
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol