• $ 1.7
  • € 1.9849
  • ₽ 0.02178
  • ₺ 0.0423
  • £ 2.2834

Çaya xoş ətir verən nədir? – MARAQLI ARAŞDIRMA

Çaya xoş ətir verən nədir? – MARAQLI ARAŞDIRMA
13.03.2024 16:45
Çay tarixin ən qədim isti içkilərindən hesab olunur.

Bu sevilən içki ilk dəfə Çində istehlak olunub.

Əfsanəyə görə, İmperator Şen Nunq üçün qaynadılan suya yarpaq düşür və o, suyun dadını təravətləndirir.

Bu hadisədən sonra Çində çay yayılmağa və içilməyə başlanılır.
Zaman keçdikcə insanlar çaya fərqli dadlar əlavə etməyə başlayırlar. 

Çində jasmin, HongKonqda limon, Tibetdə kərə yağı, İndoneziyada sitrus meyvələri, Hindistanda zəncəfil, hil, qara bibər və darçın, Mərakeşdə nanə aromatları əlavə edilir.

Bunların arasında ən məşhur olan Berqamot aromasının çaya əlavə olunmasına başlanması isə "Earl Grey” çayının istehsal olunması ilə başladı və ilk dəfə Böyük Britaniyada məşhurlaşdı. 

Bəs bu qədər məşhur olan Berqamot əslində nədir? 

Azərbaycanda öz sahəsində lider şirkətlərdən biri olan Raport Marketing və Araşdırma Agentliyi tərəfindən aparılan araşdırmaya birlikdə nəzər yetirək.

Berqamot, sitrus bitkisi olub, ağacının ortalama boyu isə 4 metrdir. Əsas vətəni Qərbi Hindistan olan meyvənin yarpaqları uzun və tünd yaşıldır. Çiçəkləri ağ rəngli və kiçik olub, meyvələri kürə və ya armud formasında, 5–7 sm diametrində ətli qismi turş ləzzətli, qabıq qismi isə limon sarısı rəngindədir. Berqamot ağacı kimilərinə görə turunc ilə limonun, kimilərinə görə turunc ilə acı limonun mələzidir. 

16-ci əsrdən etibarən Avropada tanınan berqamot 18-ci əsrdən etibarən xüsusilə Cənubi İtaliyada yetişdirildi və bu gün hələ də bu ölkənin cənubundakı Calabria Əyaləti berqamot istehsalının mərkəzidir. 

Meyvənin qabıqlarından sıxma üsulu ilə təbii Berqamot qoxusu əldə edilməkdədir. Berqamot meyvəsindən əldə edilən ətir, ətirli çay sənayesinin əvəz olunmaz hissəsidir. Çay sektorunda istifadə edilən Berqamot dadına "Earl Grey” dadı adı da verilir. 

Bu meyvədən əldə edilən ətrin insan sağlamlığına bəzi faydaları var. Stressə bağlı yuxusuzluğu da aradan qaldıran berqamot, xüsusilə çay kimi istehlak edildikdə əsəbilik və gərginliyin aradan qaldırılmasına müsbət təsir edir.

Polifenollarla zəngin olduğu üçün antioksidant xüsusiyyətlərə malikdir, orqanizmi toksinlərdən təmizləyir, immunitet sistemini gücləndirir.

Bundan əlavə berqamot arıqlamağa kömək edir, xüsusilə də çay kimi istehlak edildikdə, pəhrizlərin əvəzsiz hissəsi hesab olunur.

Antioksidant xüsusiyyətləri sayəsində dəri sağlamlığına töhfə verən berqamot bədəndən zərərli maddələri çıxararaq, yaşlanma əleyhinə təsir göstərir.

Araşdırmamız zamanı Azərbaycanda da Berqamot plantasiyası mövcud olduğunu öyrəndik. 

2020-ci ildə məhz "Azerçay” markası tərəfindən  Azərbaycanda ilk dəfə Masallı və Lənkəran rayonlarında Berqamot ağaclarının yetişdirilmısinə nail olunub.

Uğurlu aqrar təcrübənin nəticəsi olaraq , yerli iqlimə uyğun məhsul yetişdirilib və artıq məhsul yığımı həyata keçirilməkdədir.

Yəqin ki, yaxın müddətdə yerli Berqamot ilə istehsal olunan ətirli çay məhsulları da mağaza piştaxtalarında yer alacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib
Cəmiyyət 00:03
Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edilib
Cəmiyyət 23:10
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edilib
İlqar İsmayılov azadlığa buraxılıb
Cəmiyyət 21:00
İlqar İsmayılov azadlığa buraxılıb
Şahin Şıxlinskinin oğlu həbs olunub
Cəmiyyət 20:33
Şahin Şıxlinskinin oğlu həbs olunub
Sabah Yevlax rayonunun bir hissəsində qaz olmayacaq
Cəmiyyət 18:22
Sabah Yevlax rayonunun bir hissəsində qaz olmayacaq
Ağdaşda 17 yaşlı gənc kanalda batıb
Cəmiyyət 18:11
Ağdaşda 17 yaşlı gənc kanalda batıb
Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib
Cəmiyyət 17:44
Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib
Bakıda kişi arvadını güllələməyə cəhd edib, qadın xəstəxanaya yerləşdirilib
Cəmiyyət 16:57
Bakıda kişi arvadını güllələməyə cəhd edib, qadın xəstəxanaya yerləşdirilib
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Cəmiyyət 16:24
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol