İki ayda əsas kapitala nə qədər vəsait qoyulub? - Məbləğ
2024-cü ilin iki ayında ölkədə əsas kapitala 2638,1 milyon manat vəsait qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Ümumilikdə neft-qaz sektoru üçün investisiya həcmi 12,5%, qeyri neft -qaz sektoruna üzrə isə 17,1% artıb.
Bundan əvvəl BP tərəfdaşları ilə birlikdə Azərbaycanda və regionda layihələrə 84 milyard dollardan çox sərmayə qoyduğunu açıqlayıb.
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib.
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çox olub.
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox