• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Bu qətnamə regionda gərginliyi artırmaq məqsədi güdür - İCMA

Bu qətnamə regionda gərginliyi artırmaq məqsədi güdür - İCMA
13.03.2024 23:50
Qərbi Azərbaycan İcması Avropa Parlamentinin irqçi yanaşmadan çıxış edərək bu gün qəbul etdiyi, regionda gərginliyi artırmaq məqsədi güdən növbəti anti-Azərbaycan qətnaməsini sərt şəkildə qınayır.Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.
 
Avropa Parlamentində oturan neo-səlibçilər Ermənistanı hərbiləşdirməyə çağırmış və əsassız iddialarla Azərbaycana böhtan atmışlar. Əslində, müəyyən dairələrin əlində alət olan korrupsioner, irqçi ünsürlər yığıntısı olan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə ədalətin zəfər çalmasından qəzəbini gizlədə bilmir.
 
"Son dövrlər Ermənistan və Azərbaycan arasında müşahidə olunan nisbi sabitlik, iki dövlət arasında baş vermiş yüksək səviyyəli təmaslar və Almaniyanın federal Kanslerinin səyləri fonunda Avropa Parlamentinin bu qətnaməni qəbul etməsi təxribatçı addımdır və regional dinamika baxımından tamamilə yanlış siqnal verir.
 
Avropa Parlamenti bu cür əbəs oyunlar yerinə Ermənistandan və əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlının qovulmasına, orada azərbaycanlıların mədəni irsinin, mindən çox azərbaycanlı yaşayış məntəqəsinin dağıdılmasına, minlərlə mülki azərbaycanlının qətliamına indiyədək niyə susduğuna dair izahat verməlidir.
 
Ermənistan tarixdən dərs çıxararaq həmin bədxah qüvvələrin təxribat və təhriklərinə uymamalıdır. Ermənistan həmin qüvvələrlə və bu kimi "sənədlərlə” özü arasında məsafə qoymalı, qovulmuş Qərbi azərbaycanlıların geri qayıtmasına şərait yaratmaqla Azərbaycanla sülh əldə etməyə çalışmalıdır”, - deyə bəyanatda vurğulanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Prezident Yoxan Eliaşı qəbul edib
Siyasət 12:18
Prezident Yoxan Eliaşı qəbul edib
Prezidentdən həmkarlarına təbrik məktubu - Yenilənib
Siyasət 12:10
Prezidentdən həmkarlarına təbrik məktubu - Yenilənib
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
Siyasət 21:48
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
Siyasət 17:45
İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
Prezident onu təltif edib - Sərəncam
Siyasət 16:20
Prezident onu təltif edib - Sərəncam
Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq
Siyasət 13:14
Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq
Prezident Hulisi Akarı qəbul edib
Siyasət 10:45
Prezident Hulisi Akarı qəbul edib
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Siyasət 19:20
XİN-dən BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol