Metro nəqliyyatı ilə sərnişin daşıma artıb
2024-cü ilin yanvar fevralında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 35,1 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Cari ilin ilk iki ayında avtomobil nəqliyyatı ilə 257,5 milyon sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 8,8% artım deməkdir.
Sərnişinlərin 95,4%-i avtobus, 4,6%- isə minik taksilərinin xidmətlərindən istifadə edib.
"Bakı Metropoliteni” QSC-nin məlumatına görə, cari ilin fevralında Bakı metrosunda sərnişin daşıma illik müqayisədə 4,7% artıb. Ötən ilin yanvarında isə metrodan 17 milyon 895 min 498 sərnişin istifadə edib.
2019-cu ilə nəzərən 2024-cü ilin ikinci ayında 3,1% az, 2022-ci ilin eyni dövrünə uyğun olaraq 19,3% çox sərnişin daşınıb.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov Bakıda yaxın 5-7 ildə 10 yeni metro stansiyasının tikintisi planlaşdırıldığını deyib.
2022-ci ildə metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.
Aygün Mirakif
www.anews.az
Son xəbərlər
Daha çox