• $
  • £

İcma BMT-nin “İslamofobiya ilə mübarizə tədbirləri” adlı qətnaməsini alqışlayır

İcma BMT-nin “İslamofobiya ilə mübarizə tədbirləri” adlı qətnaməsini alqışlayır
16.03.2024 10:04
Martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası "İslamofobiya ilə mübarizə tədbirləri” adlı qətnamə qəbul edib.İslamofobiyanın ilk qurbanlarından biri kimi Qərbi Azərbaycan İcması bu qətnaməni ürəkdən alqışlayır. Qərbi Azərbaycan İcması islamofobiyaya qarşı beynəlxalq səylərə həmişə fəal töhfə verib. Ötən il İcmanın bu mövzuda müraciəti BMT Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb.Bu barədə İcmanın bəyanatında deyilir.

Dövlətlərin əksəriyyətinin lehinə səs verdiyi sözügedən qətnamə Ermənistan tərəfindən dəstəklənməyib. Ermənistanın sistematik islamofobiyanın beşiyi olduğunu nəzərə alsaq, bu ölkənin qətnamə üzrə mövqeyi təəccüb doğurmur. Xatırladaq ki, dövlət səviyyəsində İslamofobiya siyasəti aparan Ermənistan müsəlmanlara qarşı total etnik təmizləmə aparmış, müsəlmanların ibadət yerlərini və qəbiristanlıqlarını dağıtmışdır. Ermənistan müsəlmanlara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş caniləri şöhrətləndirir. Bu ölkə hələ də qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmasına imkan vermir.

Biz islamofobiya və ksenofobiyaya qarşı mübarizədə birləşmiş bütün dövlətləri Ermənistanın İslamofob siyasətini pisləməyə və oradan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasını dəstəkləməyə çağırırıq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Siyasət 22:30
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:37
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
Siyasət 14:30
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Siyasət 14:06
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Siyasət 09:25
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib
Siyasət 19:45
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol