• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Putin Aleksey Navalnıyın ölümündən danışıb

Putin Aleksey Navalnıyın ölümündən danışıb
18.03.2024 10:46
Rusiyada prezidentliyə namizlədlər arasında yüksək səs toplayan hazırkı dövlət başçısı Vladimir Putin Aleksey Navalnıya soyadını çəkərək onun ölümünün faciəvi hadisə olduğunu qeyd edib. Bu barədə Rusiya mətbuatı yazıb.


"Cənab Navalnıya gəlincə: bəli, o dünyasını dəyişdi. Bu həmişə kədərli bir hadisədir. Bizdə həbsdə olan insanların öldüyü başqa hallar da olub”, o, seçki qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Həmçinin Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Navalnının dul arvadı Yuliyanın vətəninə gəlmək və ərini sonuncu dəfə görmək şansı olub, lakin o, xaricdə qalmağa üstünlük verib.


Martın 15-dən 17-dək Rusiyada prezident seçkilərində səsvermə, o cümlədən distant formatda keçirilib.
 
Fevralın 16-da cəzaçəkmə müəssisəsində qəflətən ölən Rusiya müxalifətinin lideri  Aleksey Navalnı Moskvanın Marino rayonunda martın 1-də dəfn edilib.
 
Aleksey Navalnı 1976-cı ildə Moskvada anadan olub. Rusiya prezidenti Vladimir Putinə aparıcı müxalifət sayılırdı.  


2013-cü ildə Moskva meri seçkilərində 27,24% səs toplayaraq Sergey Sobyanindən sonra ikinci yeri tutub.  2013-cü ilin noyabrından "Gələcəyin Rusiyası” siyasi partiyasının Mərkəzi Şurasına rəhbərlik edib. O, 2018-ci ilin martında keçirilən Rusiya prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb və   tam hüquqlu seçki kampaniyası aparan yeganə siyasətçi olub.  Lakin Mərkəzi Seçki Komissiyası  onu qeydə almaqdan imtina edib. 2017-2018-ci illərdə Rusiyada kütləvi etiraz hərəkatının liderlik edib.  


2009-cu ildə Navalnı "Vedomosti” qəzeti tərəfindən "ilin adamı”  elan olunub.  2012 və 2021-ci illərdə "Time” jurnalı onu dünyanın 100, 2017-ci ilin iyununda isə internetin ən nüfuzlu 25 adamından biri adlandırıb.


2020-ci ildə kimyəvi maddə  ilə zəhərlənmə nəticəsində komaya düşüb.  Avqustun 20-dən 22-dək Omsk şəhər 1 saylı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsində, avqustun 22-dən sentyabrın 22-dək isə Berlindəki Charite xəstəxanasında müalicə olunub, evə buraxıldıqdan sonra Almaniyada reabilitasiya kursu keçib. 


17 yanvar 2021-ci ildə Almaniyada müalicə olunduqdan sonra Navalnı Berlindən Moskvaya qayıdıb və pasport nəzarətindən keçərkən həbs olunub.  


Navalnının zəhərlənməsi beynəlxalq və ümummilli rezonans doğurub. Avropa İttifaqı və Böyük Britaniya 6 yüksək rütbəli Rusiya məmurunu Navalnıya qarşı  kimyəvi silahdan istifadə etməklə sui-qəsd təşkil etməkdə sulçlayıb və onlara qarşı sanksiyalar tətbiq edib.


Rusiya hakimiyyəti onun zəhərlənməsində əli olması ilə bağlı ittihamları rədd edib. Vladimir Putin, mən istəsəydim o sağ qalmazdı deyə ittihamlara cavab verib. 


2021-ci ilin mayında Amnesty International hüquq müdafiə təşkilatı Navalnıya "vicdan məhbusu” statusu verib. 


2021-ci ilin oktyabrında Avropa Parlamenti Navalnıya Avropa Birliyinin insan haqları üzrə əsas mükafatı olan Saxarov mükafatı ilə təltif edib,  2022-ci ildə Nobel Sülh Mükafatına namizəd olub. 


2022-ci il martın 22-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Aleksey Navalnını dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə ciddi rejimli koloniyada doqquz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 


4 avqust 2023-cü ildə Moskva Şəhər Məhkəməsi Aleksey Navalnı ekstremist icma yaratmaq, ekstremist fəaliyyəti maliyyələşdirmək və internetdə ekstremizmə çağırış ittihamı ilə xüsusi rejimli koloniyada daha 19 il həbs cəzasına məhkum edib.


Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail və Qətər nümayəndə heyətləri müzakirələr üçün Qahirəyə gedib
Dünya 23:57
İsrail və Qətər nümayəndə heyətləri müzakirələr üçün Qahirəyə gedib
Tramp Rusiyaya qarşı sanksiyaları uzadıb
Dünya 21:55
Tramp Rusiyaya qarşı sanksiyaları uzadıb
Tramp Zelenskinin Vaşinqtona səfərini ləğv etmək istəyib
Dünya 20:00
Tramp Zelenskinin Vaşinqtona səfərini ləğv etmək istəyib
Türkiyə Ukraynaya sülhməramlılar göndərməyə hazır olduğunu bildirib
Dünya 19:19
Türkiyə Ukraynaya sülhməramlılar göndərməyə hazır olduğunu bildirib
Abdullah Öcalan PKK-ya “silahı buraxın” çağırışı edib
Dünya 18:54
Abdullah Öcalan PKK-ya “silahı buraxın” çağırışı edib
Lukaşenko Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək
Dünya 17:18
Lukaşenko Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək
Dövlət DepartamentiUSAID-in 60 milyard dollarlıq müqavilələrinin 90%-ni ixtisar edib
Dünya 15:49
Dövlət DepartamentiUSAID-in 60 milyard dollarlıq müqavilələrinin 90%-ni ixtisar edib
ABŞ uzun mənzilli hipersonik silahlar alacaq
Dünya 14:58
ABŞ uzun mənzilli hipersonik silahlar alacaq
Rusiyada hökumət binasına qumbara atılıb
Dünya 14:52
Rusiyada hökumət binasına qumbara atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol