Yanvarda ölkəyə ən çox buğda idxal olunub
Azərbaycana yanvarda qida məhsulları arasında ən çox buğda idxal olunub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Belə ki, yanvarda ölkəyə 16283,9 ABŞ dollarlıq (70145,8 ton) buğda gətirilib.
İdxal edilmiş ərzaqlıq
buğdanın 1 tonunun orta qiyməti 408,68 manat təşkil edib.
2023-2024 cü təsərrüfat ili üzrə pivot suvarma sistemi altında 23,2 min hektar ərazidə ərzaqlıq buğda əkib.
Buğdanın idxaldan asılılığını azaltmaq məqsədilə işğaldan azad olunmuş ərazilərdə 2023-2024-cü il üçün 84,4 min hektar ərazidə payızlıq taxıl əkilib.
Nazirlər Kabinetinin tapşırığna əsasən faktiki əkin işləri aparılmış təxminən 20 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulur.
Azərbaycanda 2023-cü ildən etibarən 5 il müddətinə taxılın hər tonuna görə 100 manat məbləğində subsidiya müəyyən edilib.
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.
2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox