• $
  • £

Yanvar-fevralda Azərbaycan qaz ixracını 3,3 dəfə artırıb

Yanvar-fevralda Azərbaycan qaz ixracını 3,3 dəfə artırıb
18.03.2024 16:46
2024-cü ilin yanvar-fevralrında Azərbaycandan gömrükdə bəyan edilmiş qaz həcmlərinin ixracı 3 milyard 953 milyon 658,45 min kubmetr təşkil edib ki, bu da 2023-cü ilin yanvar-fevral aylarının göstəricisindən 3,3 dəfə çoxdur. 

Hesabat dövründə qaz təchizatı Azərbaycanın ümumi ixracının 30,54%-ni (2023-cü ilin yanvar-fevral aylarında 11,11%) təşkil edib.

Azərbaycandan bəyan edilmiş qazın ixracının dəyəri 1 milyard 459 milyon 774,04 min dollar (artım 2,9 dəfə) təşkil edib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi hələ də Azərbaycan qazının ixrac olunduğu ölkələrlə bağlı məlumat dərc etmir.

Dövlət Gömrük Komitəsi ixracın statistikasını bəyannamələr əsasında aparır. Satılmış qaza dair bəyannamə onun boru kəmərləri ilə vurulduğu vaxt deyil, faktiki satış həyata keçirildikdən sonra verilir.

Azərbaycan Avropanın 6 ölkəsi ilə: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə qaz təchizatı müqaviləsi bağlayıb. Bundan başqa, Avropanın bir sıra ölkələri Azərbaycan qazını almaqda maraqlı olduqlarını bildiriblər.

Bununla yanaşı, Azərbaycan qazı Türkiyəyə (TANAP və Cənubi Qafqaz Boru Kəməri, SKTM qaz kəmərləri ilə) və Gürcüstana (SKTM və Qazıməhəmməd-Qazax qaz kəməri ilə) ixrac edilir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol