• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Əli Həsənov: “Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istənilməlidir”

Əli Həsənov: “Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istənilməlidir”
21.02.2014 17:14
“Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı 200 ildən artıq məqsədyönlü şəkildə həyata keçirtdiyi siyasətin ən faciəli səhifəsidir”. Bunu Bakının Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı II beynəlxalq konfransında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O xatırladıb ki, 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib: “Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımlardan ən dəhşətlisi 1992-ci il fevralın 26-da Xocalıda baş verib. Bu gün Xocalı soyqırımı ayrı-ayrı dünya ölkələri, nüfuzlu beynəlxalq qurumlar, ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən tanınır. Tək İslam Konfransı Təşkilatının Xocalı soyqırımını tanıması o deməkdir ki, təşkilata üzv olan 56 ölkə də bu faciəni soyqırımı kimi qəbul edir”. Ə. Həsənov əlavə edib ki, Türkiyə parlamenti Xocalı soyqırımını qətliam kimi dəyərləndirib: “Bilirsiniz ki, dünya erməniliyi soyqırımı məsələsində Türkiyəyə problem yaratmağa çalışır. Yüz ilə yaxındır ki, ermənilər 1915-ci ildə Anadolu torpaqlarında guya ermənilərə qarşı “soyqırımı” həyata keçirilməsi ilə bağlı qondarma anti-türk kampaniyası aparırlar. Bu da Türkiyə hökumətini müəyyən qədər problem qarşısında qoydu. Ona görə də Türkiyə hökuməti hələ Xocalı faciəsinə bəşəri soyqırımı hadisəsi kimi hüquqi qiymət verməyib. Lakin Türkiyə parlamentində hər il Xocalı soyqırımı müzakirəyə çıxarılır və ona qətliam kimi qiymət verilir. Türkiyənin müxtəlif regionlarında soyqırımı ilə bağlı abidələr açılır. Bu günlərdə Uşak şəhərində Xocalı soyqırımı ilə bağlı yeni abidə ucaldılıb”. PA rəsmisi qeyd edib ki, bu hadisə ilə bağlı Azərbaycan hökumətinin vahid siyasəti var: “Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, belə faciələrin gələcəkdə təkrarlanmaması və onu törədənlərin bəşəriyyətin yaddaşında əbədi həkk olunması üçün soyqırımı ilə bağlı reallıqlar dünya ictimaiyyətinə çatdırılmalı və qiymətləndirilməlidir”. Ə. Həsənov daha sonra bildirib ki, ermənilər Xocalı faciəsindən əvvəl də azərbaycanlıları kütləvi şəkildə öldürüb, xalqımıza qarşı soyqırımlar törədiblər: “Amma biz ermənilərdən qisas almaq həvəsi ilə yaşamırıq. Biz ermənilərlə beynəlxalq normalar əsasında qonşuluq münasibətləri yaratmaq əzmindəyik. Biz Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların bütün vətəndaş hüquqlarının təmin edilməsinə zəmanət veririk. Biz Cənubi Qafqazda bütün kommunikasiyaların açılmasının, iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin bərqərar olunmasının, gələcəkdə  Azərbaycanın reallaşdırdığı transmilli layihələrdə ermənilərin də iştirakının tərəfdarıyıq. Yalnız bir şərt var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin, azərbaycanlılara qarşı soyqırımı hadisələrinin törədilməsi etiraf olunsun, Azərbaycan xalqından üzr istənilsin və soydaşlarımızın pozulmuş haqları bərpa olunsun. Yalnız bundan sonra biz əməkdaşlığa, bir dövlət olaraq, həm də dünya birliyinin üzvü kimi potensialımızı bütün Cənubi Qafqaz xalqlarının firavan, xoşbəxt yaşaması istiqamətində yönəltməyə hazırıq”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib
Siyasət 10:30
Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Siyasət 15:20
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Siyasət 09:35
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Siyasət 16:01
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Siyasət 14:59
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Siyasət 19:37
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Siyasət 12:56
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Siyasət 12:50
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol