• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Paşinyanın açıqlamaları daxili auditoriyaya yönəlib - Politoloq

Paşinyanın açıqlamaları  daxili auditoriyaya yönəlib - Politoloq
19.03.2024 16:23
Ermənistan baş naziri Nikol Paşinyanın "Ermənistan qeyri anklav olan 4 kəndi qaytarmasa Azərbaycan müharibə edəcək" açıqlaması daxili auditoriyaya yönəlib. . Bunu anews.az-a açıqlamasında Politoloq Araz Aslanlı deyib. 
 
"Guya Azərbaycan müharibə iddiasındadır kimi  açıqlama ictimai təbliğatı gücləndirmək üçün verilmiş mesajdır. Ermənistanın işğalçı siyasətindən vazkeçməsinə müəyyən müqavimət, xaricdən təhrik var. Bu onunla bağlı da bir müsaj ola bilər. Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Azərbaycan münaqişənin keçmişdə qaldığını bildirir. Bundan sonrakı prosesin sadəcə sülh prosesi olacağını qeyd edir. Prezident də qeyd elədi ki, sülh, sülhlə bağlı imkanlar çox yaxındır. Azərbaycan hər hansısa hərbi əməliyyat, müharibə və s. arzusunda deyil. Bununla yanaşı Azərbaycan digər mövqeyini də ortaya qoyub ki, ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmamalıdır, Azərbaycanın ərazi bütövlüyü qeyd şərtsiz təmin olunmalıdır. Bu ərazi bütövlüyünə Ermənistanın işğalda saxladığı anklav və anklav olmayan bizim bəzi yaşayış məntəqələri də daxildir. Azərbaycan müharibə arzusunda deyil, amma ərazi bütövlüyü, sərhədlərin delimitasiyası ilə bağlı beynəlxalq hüquqların tərəfləri çərçivəsində Ermənistanın öhdəlikləri var və onu yerinə yetirməlidir", - Aslanlı qeyd edib.
 
Martın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş rayonunun Azərbaycanla həmsərhəd kəndlərinə səfər edib. 

Dünən keçirdiyi mətbuat konfransında Paşinyan Azərbaycanla həmsərhəd Tavuş vilayətinin kəndlərinə səfər edib.  O, Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal olunan 4 kəndinin tezliklə Azərbaycana qayıtmasının mümkünlüyünü istisna etməyib. 

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin aparatının yaydığı rəsmi məlumatda da  qeyd edilib ki, Qazax rayonunun anklav olmayan 4 kəndi dərhal geri qaytarılmalıdır. Bu bəyanat Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi sərhəd məsələləri üzrə komissiyaların son iclasından sonra verilib.
 
Bu bəyanat Ermənistanda hiddət dalğasına səbəb olsa da, Nikol Paşinyan ictimaiyyətə bildirib ki, kəndlər de-yure Ermənistana aid olmadığı üçün onların geri qaytarılması qaçılmazdır.


Aygün Mirakif



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol