Banklar hərracda nə qədər dollar alıb? - Rəsmi

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 93 milyon ABŞ dolları satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
Bu məbləğ əvvəlki hərrac zamanı 83, 3 milyon ABŞ dolları olub.
"Martın 19-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 93 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb", - mərkəzdən bildirilib.
2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb.
2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizmindən istifadə etməyə başlayıb.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.
2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu hərraclarda 2 milyard 689,4 milyon ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 42,6% azalma - İF) xarici valyuta satıb.
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.
Aygün Mirakif
www.anews.az
Son xəbərlər
Daha çox 