• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Tahir Mirkişili Ermənistanın spikerinə cavab verib

Tahir Mirkişili Ermənistanın spikerinə cavab verib
20.03.2024 21:52
Brüsseldə Avronest Parlament Assambleyasının (PA) 11-ci sessiyası davam edir.

"Qafqazinfo” xəbər verir ki, martın 20-də Avronest PA-nın plenar iclasında çıxış edən Ermənistan Parlamentinin sədri Alen Simonyan Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək "Dağlıq Qarabağ” ifadəsini işlədib.

Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını çox təəssüflə izlədiyini bildirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri hazırki sülh danışıqları atmosferində nə deputata, nə də spikerə yaraşan bu çıxışın neqativ təsirini qeyd edərək, hər kəsin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verməli olduğunu vurğulayıb.

Tahir Mirkişili bildirib ki, Azərbaycanda "Dağlıq Qarabağ” adında region yox, Qarabağ İqtisadi Regionu mövcuddur və Azərbaycan heç vaxt və heç bir halda etnik təmizləmə aparmayıb.

Deputat Xankəndidə bu gün də ermənilərin yaşadıqlarını, Ermənistanın regionda nəhəng dağıntılar törətdiyini və əraziləri mina ilə çirkləndirdiyini diqqətə çatdırıb. O, Ermənistan spikerini son 30 ildə istifadə etdikləri leksikondan imtina etməyə və sülhə dəstək verən çıxış etməyə çağırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol