• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Yol polisindən sürücülərə bəd xəbər

Yol polisindən sürücülərə bəd xəbər
21.02.2014 12:18
“Son günlər Azərbaycanda sürücülərə yazılan balın ləğvi ilə bağlı məlumat yayılıb. Əslində isə hələ ki, bal sistemi ləğv olunmayıb. Sadəcə bu barədə müzakirələr gedir. Bu səbəbdən də, vətəndaşlar yalnış fikirlər yayılıb”. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib.Yol polisinin sözlərinə görə, mövcud qanunvericiliyə görə, hələ də onların balı toplanır: “1 İl ərzində 12 və daha artıq bal toplayanların sürücülük hüququ məhdudlaşdırılacaq. Sürücülər daha da diqqətli olmalı və qanunun tələblərinə daha ciddi əməl etməlidirlər”.K.Əliyev həttə bal sisteminin ləğv edildiyi təqdirdə belə, sürücülərin diqqətli olmalarını deyir: “Hətta bal sistemi ləğv olunsa da, sürücülər məsuliyyətdən azad olmur. Sürücü eyni qayda pozuntusunu 3 dəfə təkrarlayarsa, o, avtomatik olaraq sürücülük vəsiqəsindən məhrum edilə bilər. Kobud qayda pozuntusu sürücüləri məsuliyyətdən heç vaxt azad etmir”.Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzası ilə Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunan təkliflər zərfində Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə bal sisteminin ləğvi nəzərdə tutulur. Təkliflər əsas etibarilə yol polisinin vətəndaşlarla ünsiyyətinin minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlıdır. Təkliflərdə hətta qeyri-avtomatik rejimdə müəyyən olunan bir çox qayda pozuntularının da avtomatik rejimə keçirilməsi nəzərdə tutulur ki, bu da yollarda vətəndaşın həm yol patrul inspektoru ilə, həm də inzibati materialların baxılmasında yol polisi əməkdaşı ilə təmasının minimuma endirilməsi məqsədini daşıyır. İrəli sürülən təkliflərdən biri də budur ki, əvvəllər avtomobil sahibinə və ya sürücüyə sənəd formasında protokol, fotogörüntü göndərilirdisə, artıq elektron protokolla yanaşı, kağız daşıyıcıda inzibati xəta üzrə qərar da vətəndaşa göndəriləcək və qərarın qanuni qüvvəyə minməsindən sonra 10 gün müddətində vətəndaşa imkan veriləcək ki, o, vəsatət qaldıra bilsin.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol