• $
  • £

Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edilib

Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edilib
25.03.2024 20:07
BMT Təhlükəsizlik Şurası Qəzza zolağında Ramazan ayı üçün dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.Bu barədə xarici KİV xəbər verir.
 
Şuranın seçilmiş 10 üzvünün təqdim etdiyi qətnamənin lehinə 14 ölkə səs verib, ABŞ isə səsvermədə bitərəf qalıb.

Qətnamədə bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi, habelə onların tibbi və digər humanitar ehtiyaclarını həll etmək üçün yardımın göstərilməsinə mane olan bütün məsələlərin aradan qaldırılması tələb olunur.

Rəsmi mətndə deyilir ki, tərəflər saxladıqları bütün şəxslərə münasibətdə beynəlxalq hüquq çərçivəsində götürdükləri öhdəliklərə əməl etməlidirlər.

BMT-nin məlumatına görə, artıq 171-ci günündə olan müharibə Qəzza əhalisinin 85 %-ni kəskin ərzaq, təmiz su və dərman qıtlığı fonunda daxili köçkünə sövq edib.

Qəzzada atəşkəs tələb edən qətnamə ilk dəfə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol