• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Dörd kənd Azərbaycana qaytarılmalıdır - Paşinyan

Dörd kənd Azərbaycana qaytarılmalıdır - Paşinyan
26.03.2024 20:29
Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır.Bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinadən məlumat verib.

Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb.

"Ötən cümə günü axşam baş nazir Nikol Paşinyan Milli Assambleyada "Mülki müqavilə" fraksiyasının deputatları ilə növbəti qapalı iclas keçirib. İclas geniş tərkibdə keçirilib. Tədbirdə, demək olar ki, bütün hökumət üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib. Görüş iki saata yaxın davam edib və gərgin atmosferdə keçib”, - məqalədə deyilir.
 
Nikol Paşinyan açıq şəkildə bildirib ki, qısa müddət ərzində dörd kəndin Azərbaycana qaytarılması baş verməlidir.

"O, yaxın günlərdə üçüncü ordu korpusunun bu ərazilərdən çıxarıla biləcəyinə və Paşinyanın dediyi kimi, Azərbaycanın olan dörd yaşayış məntəqəsinin sahiblərinə qaytarıla biləcəyinə eyham vurub”, - materialda vurğulanır.

Son vaxtlar İrəvanda ən yüksək dairələrdə kəndlərin Azərbaycana qaytarılması mövzusu çox aktuallaşıb və bu, faktiki olaraq Ermənistanın Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdiyini və sülh prosesini sürətləndirmək üçün konstruktiv addımların zəruri olduğunu anladığını göstərir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol