• $
  • £

Yerevanda polis bölməsinə hücum edənlər həbs edilib

Yerevanda polis bölməsinə hücum edənlər həbs edilib
27.03.2024 14:00
Yerevanın Ümumi Yurisdiksiya Məhkəməsi martın 24-də polis bölməsinə qumbara ataraq hücum edən iki nəfərin həbsi barədə qərar qəbul edib. Bu barədə Ermənistan KİV məlumat yayıb. 

"Qrupun üçüncü üzvü barədə hələlik həbs qətimkan tədbiri seçilməyib. Buna səbəb onun tibb mərkəzində müalicədə olmasıdır”, - Respublika İstintaq Komitəsinin bəyanatında deyilir.

Hər üç şəxs terrorizmdə və cinayət törətmək məqsədilə qanunsuz odlu silah saxlamaqda ittiham olunub.

Martın 24-də Yerevanda qumbara ilə silahlanmış  "Döyüş Qardaşlığı” təşkilatının üzvləri polis bölməsinə soxulub. 
 
Hazırda bu təşkilatın 50-yə yaxın üzvü saxlanılıb.

Daha sonra bir qrup şəxs bütün məhbusların azad olunmasını tələb edir, iki nəfər isə əllərində qumbara ilə dayanıb.

Polis binasına xüsusi təyinatlılar gəlib.

Daha sonra  "Döyüş Qardaşlığı” təşkilatının üzvləri Ermənistanın şimal-şərqindəki Tavuş rayonunun Azərbaycanla həmsərhəd olan Voskepar kəndinə getmək niyyətində olub. Onlar həmin ərazidə demarkasiya və delimitasiya prosesinin keçirilməsinəb və sonradan dörd kəndin Azərbaycanın nəzarətinə keçməsinə etiraz ediblər. 

Təşkilat rayonda yerli sakinləri də cəlb etməklə özünümüdafiə təşkil etmək niyyətində olduğunu bildirib.

Bu arada qurum öz teleqram kanalında polis idarəsində baş verən insidentlə əlaqəsinin olmadığınıqeyd edib. 
 
N.Təbrizli

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol