• $
  • £

SOCAR metanol zavodu hasilatı 2 dəfə, ixrac 10% artırıb

SOCAR metanol zavodu  hasilatı 2 dəfə, ixrac 10% artırıb
27.03.2024 15:41
"SOCAR Methanol” MMC 2024-cü ilin yanvar-fevralında 94,9 min ton metanol istehsal edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 2 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

Bundan başqa, 2024-cü il yanvarın 1-nə müəssisənin anbarlarında 22,3 min ton hazır məhsul olub.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, SOCAR Methanol 2024-cü ilin yanvar-fevralında 82 min 400,7 ton (artım 10%və ya ) 15 milyon 697,79 min dollar məbləğində metanol ixrac edib.
 
2024-cü ilin yanvar-fevralında Azərbaycandan ixracın ümumi həcmində metanolun payı 0,33 faiz, qeyri-neft məhsullarının ixracının həcmində isə 3,45 faiz təşkil edib.

2023-cü ildə "SOCAR Methanol” MMC 494,6 min ton metanol hasil edib, 501 min 571,52 ton ixrac edib.

Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan metanol zavodunu AzMeCo şirkəti tikib. Zavodun tikintisinə AzMeCo-nun sərmayələri təqribən 500 milyon dollar təşkil edib.Zavodun istehsal gücü ildə 720 min ton metil spirti təşkil edir.
 
SOCAR zavodu məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından sərəncamında olan "Aqrarkredit” QSC-dən 810 milyon manata alıb.
 
N.Təbrizli
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol