• $
  • £

Türkiyə hərbçiləri 38 terrorçunu zərərsizləşdirib

Türkiyə hərbçiləri 38 terrorçunu zərərsizləşdirib
28.03.2024 18:48
Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalı da daxil olmaqla, son bir həftədə 38 terrorçu zərərsizləşdirilib.Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk nazirliyin həftəlik hesabatında bildirib.
 
Məlumata əsasən, PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı aparılan əməliyyatların gedişində yanvarın 1-dən bəri zərərsizləşdirilən terrorçuların sayı 646-ya çatıb. Onlardan 268-i İraqın şimalında, 378-i isə Suriyanın şimalında aradan götürülüb.
 
Ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə toxunan Aktürk bildirib ki, son bir həftə ərzində qeyri-qanuni yollarla Türkiyə sərhədlərini keçməyə cəhd edən 82 nəfər saxlanılıb, 2572 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. İlin əvvəlindən indiyədək qanunsuz yollarla Türkiyə ərazisinə keçməyə çalışanların sayı isə 39 min 412 nəfərə çatıb.
 
Aktürk Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən yerli hərbi texnika barədə də məlumat verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol