• $
  • £

İpoteka alan gənc ailələr üçün şərtlər dəyişdirilməlidir - Millət vəkili/VİDEO

İpoteka alan gənc ailələr üçün şərtlər dəyişdirilməlidir - Millət vəkili/VİDEO
29.03.2024 15:03
İpoteka krediti  ancaq ən azı gəliri 1000 manat olan gənc ailələrə verilir və bu doöru yanaşma deyil. Bunu  deputat Rüfət Quliyev deyib.

"Belə bir tələbin olması məntiqli deyil. Aidiyatı qurumlardan xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasınlar. İmkan yaradılsın ki, gənc ailələr 600-700 manat kirayə ödədiyi pulu elə o kreditə ödəsinlər. Onsuz da ipoteka krediti bitməyənə kimi o mülk həmin şəxsin əmlakı sayılmır”, - deputat martin 29-da Milli Məclisdə Mülki Məcəlləyə  və "İpoteka haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 
İpoteka kreditləri istehlak məqsədi ilə verilən kreditlər qrupuna aiddir. Kreditin təyinatı mənzilin və ya digər fərdi yaşayış evinin alınmasıdır. Bu kredit növü uzunmüddətli olmaqla yanaşı illik faiz dərəcəsinin aşağı olması ilə seçilir. Belə ki, əksər istehlak kreditlərində illik faiz dərəcəsi 20 – 29% arası dəyişsə də İpoteka kreditlərində bu göstərici kredit götürən şəxsin social statusundan asılı olaraq 4% – 8% arasında dəyişir.Kreditin müddəti isə 30 ilədək ola bilir.

Dövlət İpoteka və Zəmanət fondunun banklara ayırdığı vəsaitlər hesabına rəsmiləşdirən İpoteka kreditləri "güzəştli” və "adi” ipoteka olmaqla 2 yerə ayrılır.

"Güzəştli” ipoteka – şəhid ailələri və milli qəhrəman ailələrinin üzvlərinə, elmi dərəcəsi olanlara, dövlət qulluqçularına və ya dövlət hökümət qarşısında xüsusi xidmətlərinə görə fərqlənən gənc ailələrə verilir. "Güzəştli” ipotekanın "adi” ipotekadan fərqi kredit müddətinin 5 ilədək çox olması (30 il) və illik faiz dərəcəsinin 4% olmasıdır. Çox az qrup bir müştəriyə təklif edilə bildiyi üçün biz bugünkü araşdırmamızda bu mövzuya toxunmayacağıq. Təxminən 1 – 2 il öncə İpoteka kreditlərinin ən geniş yayılan növü olan standart və ya adi ipoteka şərtləri üzrə standart şərtlər mövcud idi. Belə ki, kreditin maksimal müddəti 25 il, illik faiz dərəcəsi isə 8% müəyyən edilirdi. Digər şərtlərdə (ilkin ödəniş və bank xərci) cüzi fərqlər olsa da bu çox da nəzərə çarpmırdı.

Kreditin maksimal müddəti 25 il (300 ay), maksimal məbləği isə 150 000 AZN təşkil edir.

 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol