• $
  • £

2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 6% artıb

2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 6% artıb
29.03.2024 14:42
2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar (BXİ) 6 milyard 658,068 milyon dollar təşkil edib. 2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6 milyard 275,85 milyon dollar olub. Bu barədə Mərkəzi Bank məlumat verib. 

O cümlədən 2023-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcmi 1 milyard 501,469 milyon dollar, ikincidə - 1 milyard 478,057 milyon dollar, üçüncüdə - 1 milyard 392,704 milyon dollar, dördüncü rübdə isə  2 milyard 285,838 milyon dollar təşkil edib. 

Tədiyyə balansına əsasən, birbaşa xarici investisiyaların 69,9%-i (2022-ci ildə - 71%) neft-qaz sektoruna yatırılıb.

Qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların həcmi 2 milyard ABŞ dolları (artım 11,1 faiz), xüsusi çəkisi 30,1 faiz (2022-ci ildə - 29 faiz) təşkil edib.

AMB-nin məlumatına görə, Azərbaycan iqtisadiyyatında birbaşa investisiyaların həcminə görə lider beş ölkə bunlardır: Böyük Britaniya - 1 milyard 857,064 milyon dollar (artım 5,5%), Türkiyə - 1 milyard 302,409 milyon dollar (artım 15,3%), Kipr - 791,594 milyon dollar (azalma 4,1%), Rusiya Federasiyası - 617,339 milyon dollar (artım 19,2%) və İran - 395,983 milyon dollar (artım 10%).

Azərbaycana birbaşa investisiyaların həcminə görə ilk 10 ölkəyə aşağıdakılar daxildir: BƏƏ - 318,967 milyon dollar, Yaponiya - 277,273 milyon dollar, Macarıstan - 197,452 milyon dollar, Hollandiya - 188,178 milyon dollar və ABŞ - 171,908 milyon dollar.

2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 2021-ci illə müqayisədə 30,9% artaraq 6,27 milyard dollara çatıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol