• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
29.03.2024 17:27
Unibank "Biznes mobil bankçılıq” nominasiyası üzrə ən yaxşı iyirmi bankdan biri seçilib. Unibank bu nominasiyaya görə,  Azərbaycan bankları arasında ilk üçlükdə yer alıb. Qərar "SME Banking Club” beynəlxalq platformasının "Business Mobile Banking -2024” araşdırmasının nəticələrinə əsasən verilib. Proses 10-dan artıq ölkənin 30-dan çox biznes mobil tətbiqi üzərində aparılıb.  

Araşdırma zamanı "Unibank”ın biznes mobil bankçılığı ekspertlər tərəfindən yüksək qiymətləndirilib. SME Banking Club-un açıqlamasına görə, bölgənin 2024-cü il üzrə TOP-20 ən yaxşı biznes mobil bankçılıq xidməti təqdim edən bankını müəyyən etmək üçün Ekspertlər Şurası tərəfindən səsvermə keçirilib. Qərar bazar şəraiti, mobil biznes trendləri, ən yaxşı təcrübələr, mobil bankçılığın biznes üçün müxtəlif meyarlarla işləməsinin təhlili və digər istiqamətlər üzrə əldə olunan nəticələrə əsasən verilib.  

Qeyd edək ki, "Unibank”ın biznes müştəriləri üçün hazırladığı UBank Biznes tətbiqini yeniləndikdən sonra sahibkarların mobil əlavəyə marağı daha da artıb. Biznes sahibləri tərəfindən mobil tətbiqin yüklənməsində qısa müdətə 50%-dən çox artım olub. Hazırda UBank Biznes mobil əlavəsini yükləyən aktiv biznes müştərilərinin sayı 10 mini ötüb

 Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir.Banka gəlmədən onlayn hesab açmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.

"Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, 16 saylı, "Dərnəgül”, "Yasamal”, "Nərimanov”, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filialları, "Unibank- biznes mərkəzi”, "Sədərək” Biznes Mərkəzi, eləcə də "Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Unibank- Sənin Bankın!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:21
Azərbaycan nefti ucuzlaşıb
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
İqtisadiyyat 17:33
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
Yelo Bank принял участие в Агробизнес-фестивале
İqtisadiyyat 15:50
Yelo Bank принял участие в Агробизнес-фестивале
Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi
İqtisadiyyat 15:49
Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi
Birbank Biznes предлагает кредиты до 50 000 AZN без поручителя и полностью онлайн
İqtisadiyyat 15:44
Birbank Biznes предлагает кредиты до 50 000 AZN без поручителя и полностью онлайн
Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı
İqtisadiyyat 15:39
Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Цена азербайджанской нефти приблизилась к 79 долларам
İqtisadiyyat 09:40
Цена азербайджанской нефти приблизилась к 79 долларам
Unibank kartınızla daha çox keşbek qazanın!
İqtisadiyyat 16:23
Unibank kartınızla daha çox keşbek qazanın!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol